Polşa millisi dünya çempionatlarında antirekorda imza atıb | |
Futbol üzrə Polşa millisi dünya çempionatlarında antirekorda imza atıb. Bu, Qətərdə təşkil olunan dünya çempionatının ilk turu çərçivəsində keçirilən Polşa - Meksika matçında qeydə alınıb. Robert Levandovski 58-ci dəqiqədə Polşanı hesabda önə keçirmək şansı qazansa da, penaltini dəqiq yerinə yetirə bilməyib. Meksika millisinin qapıçısı Gilyermo Oçoa penaltini dəf edib. Bununla da Polşa millisi mundiallar tarixində ardıcıl 3 dəfə penaltini qola çevirə bilməyən ilk komanda olub. R.Levandovskidən əvvəl 1972-ci ildə Kazimej Deyna, 2002-ci ildə isə Maçey Juravski pelatini qaçırıb. |
|
Xəbər 190 dəfə oxundu. |
|
|