“Bakı” qələbə arzusunda | |
“Bakı” Topaz Premyer Liqasının VII turunda “Sumqayıt”ı səfərdə məğlub etməyi hədəfləyib. İdman.com.az saytının məlumatına görə, bu barədə komandanın baş məşqçisi Bojidar Bandoviç klub televiziyasına açıqlama verib. O bildirib ki, ötən tur “Neftçi”yə qalib gəlmiş “Sumqayıt”ı yenmək üçün əllərindən gələni edəcəklər. Eyni fikirləri müdafiəçi İbrahim Karqbo və yarımmüdafiəçi Rəhman Hacıyev də səsləndirib. “Bakı” qarşıdakı oyuna öz təlim-məşq bazasında hazırlaşır. Taktiki və fiziki təmrilər üzərində çalışan futbolçuların yüksək əhval-ruhiyyədədirlər. Qeyd edək ki, “Sumqayıt” – “Bakı” matçı sentyabrın 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhərində baş tutacaq. Oyun saat 16:00-da başlanacaq. |
|
Xəbər 1038 dəfə oxundu. |
|
|