Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib
Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib.

“AHF Arena”da keçirilən yarışın ilk oyun günündə meydançaya əvvəlcə “İdman Akademiyası” və “Azəryol” komandaları çıxıblar.

Görüşün favoriti sayılan son ölkə çempionu “Azəryol” fasiləyə 6 topluq üstünlüklə yollanıb – 15:9. “İdman Akademiyası” ikinci hissədə də rəqibin təhlükəli həmlələrini dəf etməyə çalışsa da, ustalıq səviyyəsi öz sözünü deyib. Oyun 37:22 hesabı ilə “Azəryol”un xeyrinə nəticələnib.

Günün ikinci matçında “Azərsu” U-16 ilə qarşılaşıb. Bu oyunda da imkanları daha yüksək qiymətləndirilən “Azərsu” inamlı qələbə qazanıb – 22:10.

İkinci turun görüşlərində də favoritlər növbəti qələbələrini qazanıblar.

“Azəryol” “İdman Akademiyası”na 40:23, “Azərsu” U-16 komandasına 30:15 hesabı ilə qalib gəlib.

Xəbər 262 dəfə oxundu.