Azərbaycan Basketbol Liqasının altıncı turuna “AAAF Xırdalan” – “Olimpik Şəki” oyunu ilə yekun vurulub
Azərbaycan Basketbol Liqasının (ABL) altıncı turuna "Sərhədçi" İdman Mərkəzində keçirilən “AAAF Xırdalan” – “Olimpik Şəki” oyunu ilə yekun vurulub.

Oyunun ilk hissəsindən üstünlüyü ələ alan Xırdalan basketbolçuları sonda 93:71 hesablı qələbəyə seviniblər. Qarşılaşmanın ən məhsuldar basketbolçuları “AAAF Xırdalan”dan Devin Pullum (23 xal, 7 ribaund), digər komandadan isə Anar Hacıyev (25 xal, 8 ribaund) olublar.

Qeyd edək ki, ABL-in yeddinci turunun oyunları noyabrın 23-də, 26-da və 27-də keçiriləcək.

Xəbər 239 dəfə oxundu.