İtaliya millisi Roberto Mançininin rəhbərliyi altında 35-ci qələbəsini qazanıb
İtaliya millisinin baş məşqçisi Roberto Mançini tarixi qələbə qazanıb.

Bu ölkənin milli komandası yoxlama oyununda Albaniyanı 3:1 hesabı ilə məğlub edib.

Bununla da, 57 yaşlı baş məşqçi 35-ci qələbəsini qazanıb. Mançini hazırda bu göstəriciyə görə İtaliya milli komandasının tarixində üçüncü pillədə yer alır.

Siyahıya Vittorio Pozzo başçılıq edir (65). İkinci yerdə Enzo Bearzot (51) qərarlaşıb.

Xəbər 177 dəfə oxundu.