Stolüstü tennis üzrə ölkə kuboku yarışına start verilib
Noyabrın 16-da Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə stolüstü tennis üzrə ölkə kubokuna start verilib.

Yarışın əsas məqsədi ölkədə bu idman növünün kütləviliyini artırmaq və inkişaf etdirməklə yanaşı, tennisçilərin idman ustalığını yüksəltməkdir.

“Şüa” İdman Kompleksində keçirilən yarışa müxtəlif idman cəmiyyətləri, klublar və Uşaq Gənclər İdman Məktəblərinin ümumilikdə 16 komandası qatılıb.

Dörd gün davam edəcək ölkə kubokunda tennisçilər komanda, şəxsi, qoşa və qarışıq qoşa turnirində qalibləri müəyyənləşdirəcəklər.

Həmçinin perspektivli idmançıları üzə çıxarmaq və milli komandaya namizədləri müəyyənləşdirmək məqsədi daşıyan yarışın qalibləri Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Stolüstü Tennis Federasiyasının qiymətli hədiyyələri ilə təltif olunacaqlar.

Xəbər 273 dəfə oxundu.