Ağırlıqqaldıranımız Tehran Məmmədov xatirə turnirində ikinci olub
Ankarada üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş ağır atletika üzrə beynəlxalq turnir davam edir.

Turnirdə çıxış edən təmsilçimiz Tehran Məmmədov (67 kq) birdən qaldırma hərəkətində 126 kiloqram çəki dərəcəsini ram edib və bu hərəkətdə gümüş medala sahib olub. T.Məmmədov təkanla qaldırmada 147 kiloqram nəticə ilə həm bu hərəkətdə, həm də toplamda 273 kiloqram (126+147) ilə dördüncü pillədə qərarlaşıb.

Daha əvvəl qadınların yarışında Nazilə İsmayılova (49 kq) 3 bürünc medal əldə edib. İdmançımız həm birdən, həm təkanla qaldırma, həm də toplamda üçüncü yeri tutub.

Qeyd edək ki, 17-dək davam edəcək yarışda 16 ölkədən 72 atlet qüvvəsini sınayır.

Xəbər 278 dəfə oxundu.