Stolüstü tennis üzrə ölkə kuboku yarışı keçiriləcək
Noyabrın 16-da stolüstü tennis üzrə ölkə kuboku yarışına start veriləcək.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışın əsas məqsədi ölkədə bu idman növünün kütləviliyini artırmaq və inkişaf etdirməklə yanaşı, tennisçilərin idman ustalığını yüksəltməkdir. Həmçinin, perspektivli idmançıları üzə çıxarmaq və milli komandaya namizədləri müəyyənləşdirmək məqsədi daşıyan yarışda şəxsi və komanda mübarizəsində qaliblər bilinəcək.

“Şüa” İdman Kompleksində keçiriləcək ölkə kuboku yarışına müxtəlif idman cəmiyyətləri, klublar və uşaq-gənclər idman məktəbləri qatılacaqlar. Noyabrın 19-da yekun vurulacaq yarışın qalibləri nazirliyin diplomları və federasiyanın qiymətli hədiyyələri ilə təltif olunacaqlar.

Xəbər 258 dəfə oxundu.