Azərbaycan Basketbol Liqasında beşinci tura yekun vurulub
"Sərhədçi" İdman Mərkəzində keçirilən Azərbaycan Basketbol Liqasında beşinci tura yekub vurulub.

Sonuncu turda "Sərhədçi" və "Xırdalan" komandaları üz-üzə gəliblər.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Xırdalan basketbolçuları 82:83 hesablı qələbəyə seviniblər.

Qarşılaşmanın ən məhsuldar basketbolçuları "Sərhədçi"dən Brendon Miller (24 xal, 11 ribaund), rəqib komandadan isə Endryu Korum (26 xal, 17 ribaund) olublar.

Qeyd edək ki, altıncı turun oyunları noyabrın 16-da, 19-da və 20-də "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.

Xəbər 236 dəfə oxundu.