Avropa çempionatı: Şahmatçılarımız sonuncu turda mübarizə aparırlar
Antalyada müxtəlif yaş qrupları arasında şahmat üzrə keçirilən Avropa çempionatında bu gün 9-cu – sonuncu turun oyunları keçirilir.

ötən turların nəticəsinə görə şahmatçılarımız arasında ən yaxşı nəticəni 12 yaşlı oğlanların mübarizəsində Əhməd Xaqan qazanıb. Təmsilçimiz 6,5 xal xalla liderlər qrupunda çıxışını davam etdirir.

On yaşlı qızlar arasında isə Leyla Mirzəyeva 6,5 xalla 3-cü yerdədir.

Qeyd edək ki, ümumilikdə yarışda 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparır.

Xəbər 189 dəfə oxundu.