Stolüstü tennisçimiz Çexiyada beynəlxalq toplanışda iştirak edəcək
İstedadlı stolüstü tennisçimiz Onur Quluzadə Avropa Stolüstü Tennis Federasiyasının təşkil etdiyi “Eurotalents Development Camp” toplanışına yollanıb.

idmançımız noyabrın 13-dən 20-dək Çexiyanın Havirov şəhərində keçiriləcək təlim-məşq toplanışına milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə iştirak edəcək. Havirov sınaqları həmin layihə çərçivəsində ilin sayca dördüncü və sonuncu toplanışıdır.

Qeyd edək ki, qitənin istedadlı tennisçiləri indiyədək Slovakiya, Rumıniya və Fransada bir araya gəliblər.

Xəbər 259 dəfə oxundu.