Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb
Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnirə start verilib.

16 ölkənin qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.

Komandamızın heyətində Eldar Quliyev (86 kq) Maşal Marefatla (Almaniya) ilə üz-üzə gəlib. Dörddəbir final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb.

Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən E.Quliyev bu mərhələdə polşalı Klemens Şepanyakla döyüşəcək. Görüş noyabrın 11-də baş tutacaq.

Qeyd edək ki, turnirdə final döyüşləri noyabrın 13-də olacaq.

Xəbər 256 dəfə oxundu.