“Gəncə” klubu Azərbaycan Basketbol Liqasında dördüncü qələbəsini qazanıb
Azərbaycan Basketbol Liqasında beşinci tura start verilib.

"Sərhədçi" İdman Olimpiya Mərkəzində “Gəncə” və "Neftçi” komandalarının basketbolçuları üz-üzə gəliblər.

Turun açılış oyununda region komandası “Gəncə” rəqibinə 68:65 hesabı ilə qalib gələrək çempionatda dördüncü qələbəsini qazanıb. Matçda ən məhsuldar basketbolçular - "Gəncə"dən Ceylon Perri (21 xal, 5 ribaund ), "Neftçi”dən isə Mohsen Moradxani (21 xal, 12 ribaund) olublar.

Qeyd edək ki, turun növbəti oyunlarında NTD “Sabah”, "Olimpik Şəki” "Zirvə- Astara", "Sərhədçi" isə "AAAF Xırdalan” ilə qarşılaşacaq. Oyunlar noyabrın 12-13-də “Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil olunacaq.

Xəbər 252 dəfə oxundu.