Bu gün Azərbaycan Premyer Liqasında üçüncü turun təxirə salınmış oyunu keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında üçüncü turun təxirə salınmış oyunu keçiriləcək.

“Qarabağ” klubu “Turan Tovuz”un qonağı olacaq. Saat 14:30-da başlayacaq matçı baş hakim Tural Qurbanov idarə edəcək.

Bu komandalar arasında 11-ci turda keçirilən görüşdə Ağdam təmsilçisi evdə 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Qarabağ” 36 xalla turnir cədvəlinin birinci pilləsində yer alıb. Tovuz təmsilçisi isə 15 xalla altıncıdır.

Xəbər 219 dəfə oxundu.