Atıcılıq üzrə “Zəfər Kuboku” yarışı başlayıb
Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə “Zəfər Kuboku” uğrunda yarış başlayıb.

iki gün davam edəcək turnirdə iştirakçılar 8 növdə - dairəvi stend (kişilər və qadınlar), səngər stendi (kişilər və qadınlar), 10 metr məsafəyə pnevmatik tapança (kişilər və qadınlar) və pnevmatik tüfəngdən atəşaçma (kişilər və qadınlar) üzrə mübarizə aparırlar.

Yarış Bakı Atıcılıq Mərkəzində keçirilir.

Xəbər 250 dəfə oxundu.