Kişi voleybolçulardan ibarət “Murov” komandası bu gün Çağırış kuboku yarışında növbəti oyununu keçirəcək
Kişi voleybolçulardan ibarət “Murov” komandası bu gün Çağırış kuboku yarışında növbəti oyununu keçirəcək.

“Murov” 1/16 final mərhələsində Avstriyanın “Qrats” klubu ilə qarşılaşacaq.

Qarşılıqlı razılığa əsasən, hər iki oyun Bakı Voleybol Mərkəzində təşkil olunacaq. Noyabrın 8-də keçiriləcək ilk görüşdə meydan sahibi Avstriya təmsilçisi olacaq. Ertəsi gün baş tutacaq cavab qarşılaşmasında “Murov” rəqibini qəbul edəcək. Komandalar ilk oyuna saat 19:00-da, ertəsi gün isə saat 18:00-da çıxacaqlar.

“Murov” 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə iki dəfə Bakıda qarşılaşıb. Azərbaycan çempionu bu oyunlarda 3:0 və 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 273 dəfə oxundu.