İtaliya derbisinin qalibi müəyyənləşib
Noyabrın 6-da İtaliya A Seriyasının 13-cü turunun növbəti oyunu keçirilib.

Turinin “Yuventus” klubu öz meydanında “İnter”i qəbul edib.

“Allianz Stadium”da keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 52-ci dəqiqədə Adrien Rabiot açıb. Son nöqtəni isə 84-cü dəqiqədə Nikolo Faqioli qoyub.

Bununla da “Yuventus” 13 oyundan sonra 25 xal toplayaraq turnir cədvəlində 5-ci sırada qərarlaşıb. “İnter” isə 24 xalla 7-ci yerdədir.

Qeyd edək ki, turnir cədvəlinə 13 oyundan sonra 35 xal toplayan “Napoli” başçılıq edir. 29 xalla “Milan” ikinci, iki xal az toplayan “Latsio” klubu isə üçündə sırada qərarlaşıb.

Xəbər 226 dəfə oxundu.