Azərbaycan millisi həndbol üzrə dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib
Azərbaycan millisi həndbol üzrə 2023-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Portuqaliyanın Paredes şəhərində bu ölkənin yığma komandası ilə qarşılaşan millimiz rəqibinə 12:36 hesabı ilə məğlub olub.

Beləliklə, iki oyunun nəticəsinə görə, Portuqaliya milli komandası növbəti mərhələyə vəsiqə qazanmaq üçün yaxşı imkan əldə ediblər.

Xəbər 333 dəfə oxundu.