Azərbaycan Basketbol Liqasında dördüncü tura yekun vurulub
Azərbaycan Basketbol Liqasında dördüncü tura yekun vurulub.

Sonuncu oyun günündə iki qarşılaşma keçirilib. Hər iki görüş "Sərhədçi" İdman Mərkəzində baş tutub.

Günün ilk matçında "Sabah" komandası "Gəncə"ni 81:70 hesabı ilə məğlub edib. Görüşün ən məhsuldar basketbolçuları qərb təmsilçisindən Kollin Törner (23 xal, 5 asist), paytaxt klubundan isə Entoni Patti (19 xal, 12 ribaund) olublar.

Turun sonuncu oyunu "Zirvə Astara" və "Sərhədçi" komandaları arasında gerçəkləşib. Paytaxt təmsilçisi parketdən 94:79 hesablı qələbə ilə ayrılıb. Ən məhsuldar basketbolçular "Zirvə Astara"dan Zo Tayson (26 xal, 11 ribaund), "Sərhədçi"dən isə Maykl Uinn (31 xal, 3 asist) olublar.

Qeyd edək ki, beşinci turun oyunları noyabrın 9-da, 12-də və 13-də keçiriləcək.

Xəbər 304 dəfə oxundu.