Türkiyə kubokunda II mərhələnin oyunları keçirilib | |
Türkiyə kubokunda II mərhələnin oyunları keçirilib. Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynovun şərəfini qoruduğu “Adanadəmirspor” aşağı dəstə təmsilçisi “Çorumlu Bələdiyyəspor”la qarşılaşıb. Adanalılar səfər oyununda 1:2 hesabı ilə uduzaraq, kubok uğrunda mübarizədən kənarlaşıb. Kubokdakı oyunda Cavid də meydana çıxıb. Həmyerlimiz start heyətində çıxdığı matçda əvəzolunmadan meydanda olub. Türkiyə mətbuatı onun oyununu 5 xalla qiymətləndirib. |
|
Xəbər 829 dəfə oxundu. |
|
|