Yui Haseqava dünya çempionatları tarixinə düşüb | |
Yaponiya millisinin futbolçusu Yui Haseqava dünya çempionatları tarixinə düşüb. Asiyalı futbolçu Azərbaycanda keçirilən mundialın Yeni Zelandiya ilə qarşılaşmasında fərqlənib. Belə ki, Yui meydana sonradan çıxsa da, 2 qol vurmağı bacarıb. 17 yaşadək qızların dünya çempionatları tarixində 2-ci dəfədir ki, komanda yoldaşını əvəzləyən oyunçu dubl müəllifi olur. 2 il əvvəl Cənubi Koreya millisinin üzvü Yeo Minji CAR-la qarşılaşmada eyni nailiyyətə imza atmışdı. |
|
Xəbər 866 dəfə oxundu. |
|
|