Tamblinq üzrə 18-ci Bakı birinciliyinin qalibləri müəyyənləşib
Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş tamblinq üzrə 18-ci Bakı birinciliyi keçirilib.

Milli Gimnastika Arenasının yardımçı zalında baş tutan yarışda “Ocaq Sport” klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Bakı Gimnastika Məktəbi, “Neftçi” klubundan kişilər və qadınlar arasında ümumilikdə 26 idmançı gücünü sınayıb. İdmançılar uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011) və gənclər (2006-2009) yaş kateqoriyalarında mübarizə aparıblar.

Bakı birinciliyində gənclər (2006-2009) və böyüklər (2005 və daha böyüklər) müsabiqədən kənar çıxış ediblər.

Maraqlı və gərgin idman mübarizəsinin yekununda qeyd olunan yaş kateqoriyalarında qalib və mükafatçılar müəyyənləşib.

Xəbər 187 dəfə oxundu.