Zəfər Gününə həsr olunmuş voleybol turniri keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 276 saylı tam orta məktəbdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş voleybol (oğlanlar) turniri keçirilib.

Voleybol (oğlanlar) turnirinin nəticəsinə əsasən 1-ci yeri 314 saylı tam orta məktəbin komandası, 2-ci yeri 276 saylı tam orta məktəbin komandası, 3-cü yeri 267 saylı məktəb-liseyin komandası tutublar.

Sonda qaliblərin Binəqədi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyevin iştirakı ilə mükafatlandırılıblar.

Xəbər 249 dəfə oxundu.