Zəfər Gününə həsr olunmuş minifutbol turnirinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Xətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xətai rayonunda yerləşən “Gənclik” parkında Zəfər Gününə həsr olunmuş minifutbol turniri keçirilib.

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin “Zəfər” komandası yarışı birinci pillədə başa vurub. Azərbaycan Dənizçilik Kollecinin “Zəngilan” komandası yarışı ikinci, “Ağdam” komandası isə üçüncü yeri tutublar.

Xəbər 242 dəfə oxundu.