“Qarabağ”- “Frayburq” oyununu altı yüzə yaxın qonaq azarkeş dəstəkləyəcək
Futbol üzrə UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin növbəti turu çərçivəsində paytaxtımızda keçiriləcək “Qarabağ”- “Frayburq” (Almaniya) oyununu altı yüzə yaxın qonaq azarkeş dəstəkləyəcək.

Bu barədə “Frayburq” futbol klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, onlar Bakıya oyun günü yola düşəcəklər.

Qeyd edək ki, matç noyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Xəbər 227 dəfə oxundu.