FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb | |
FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb. O, UEFA Konfrans Liqasının qrup mərhələsinin VI turu çərçivəsində keçiriləcək “Hapoel Beer-Sheva” (İsrail) – “Avstriya” (Vyana, Avstriya) qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matç noyabrın 3-də İsraildə oynanılacaq. |
|
Xəbər 231 dəfə oxundu. |
|
|