"Frayburq"un futbolçusu: Bakıdakı matçda qələbə qazanmaq istəyirik
Qarşılaşmaya ciddi yanaşacağıq. Bakıdakı matçda qələbə qazanmaq istəyirik.

Bunu UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində Bakıda Ağdamın “Qarabağ” klubunun qonağı olacaq Almaniyanın "Frayburq" komandasının futbolçusu Yannik Kaytel oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Futbolçu bildirib ki, heyətdə kimin yer almasından, hansı ölkədə çıxış etməyimizdən asılı olmayaraq, yüz faiz gücümüzü ortaya qoyacağıq. “Qarabağ” ilə görüş çox gərgin keçmişdi. Onların yaxşı hücumçuları var. Sabahkı qarşılaşmanı da səbirsizliklə gözləyirəm.

Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.

Xəbər 187 dəfə oxundu.