Trek üzrə Bakı kubokunun ikinci mərhələsinə yekun vurulub
Trek üzrə Bakı kubokunun ikinci mərhələsinə yekun vurulub.

Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Respublika Velotrekində 3 gün ərzində keçirilən yarışda bütün yaş kateqoriyaları üzrə ümumilikdə 68 velosipedçi mübarizə aparıb.

Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən təşkil edilən Bakı kubokunda qadınlar arasında QİT-500 metr yarışı və 30 dairədən ibarət xallar üzrə qrup ötüşməsində Viktoriya Sidorenko (ROEQİUGVM), 2 kilometr məsafəyə təqiblə fərdi ötüşmə növündə isə Radha Şabanova (ROEQİUGVM) hamıdan yaxşı nəticə göstərərək birinci yerə layiq görülüblər.

On yeddi yaşadək oğlanlar arasında QİT-1000 metr yarışı və 30 dairədən ibarət xallar üzrə qrup ötüşməsində Ravi Rzayev (ROEQİUGVM), 2 kilometr məsafəyə təqiblə fərdi ötüşmə növündə isə Tural İsrafilov (ROEQİUGVM) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gənclər, Elit/U23 yaş kateqoriyasında QİT-100 metr yarışı, 50 dairədən ibarət xallar üzrə qrup ötüşməsi və 3 kilometr məsafəyə təqiblə fərdi ötüşmə növlərində Musa Mikayılzadə bütün rəqiblərindən üstün olub.

Yarışda ilk 3 yeri tutmuş idmançılara medal və diplom təqdim edilib.

Xəbər 282 dəfə oxundu.