“İnter”in qələbəsi "Barselona"nı Çempionlar Liqasının pley-off mərhələsindən məhrum edib
İtaliyanın “İnter” komandasının futbolçuları UEFA Çempionlar Liqasının 5-ci turunda Çexiyanın “Viktoriya Plzen” klubunu 4:0 hesabı ilə məğlub edərək, pley-offa vəsiqəni təmin edib. Beləliklə, İspaniyanın “Barselona” klubu pley-off mərhələsinə çıxmaq şanslardan məhrum edilib.

Milanda keçirilən görüşdə “İnter”in heyətində qolları Henrix Mxitaryan (35 xal), Edin Djeko (42, 66), Romelu Lukaku (87) vurub.

Bununla da "İnter" 10 xal toplayıb və C qrupunda ən azı ikinci yerini təmin edib.

Xəbər 200 dəfə oxundu.