“Araz-Naxçıvan” klubu UEFA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb | |
Futzal üzrə UEFA Çempionlar Liqasında mübarizə aparan “Araz-Naxçıvan” turnirin əsas mərhələsində bu gün İsveçin “Orebro” klubu ilə qarşılaşıb. Bosniya və Herseqovinada keçirilmiş oyun rəqib komandanın 5:2 hesablı qələbəsilə yekunlaşıb. Təmsilçimizin heyətində Vitinyo və Ramiz Çovdarov fərqləniblər. “Araz-Naxçıvan” əsas mərhələdə növbəti oyununu sabah - oktyabrın 27-də Serbiyanın “Loznika Qrad” klubuna qarşı keçirəcək. |
|
Xəbər 212 dəfə oxundu. |
|
|