Qurban Qurbanov: Əlimizə düşən hər imkandan maksimum istifadə etməyə çalışacağıq
UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Nant" - "Qarabağ" oyunundan öncə komandamızın baş məşqçisi Qurban Qurbanov və futbolçumuz Riçard Almeyda mətbuata açıqlama ilə çıxış ediblər.

Baş məşqçi və oyunçumuz “Qarabağ”ın “Nant” ilə oyundan Bakıya qələbə ilə qayıdacağına inandıqlarını dilə gətiriblər.

Hər sistemin öz çətinlikləri olduğunu qeyd edən Qurban Qurbanov deyib: “Rəqib keyfiyyətli komandadır. Öz meydanında daha yaxşı oynayır. Əlimizə düşən hər imkandan maksimum istifadə etməyə çalışacağıq. Rəqibə böyük hörmətlə yanaşırıq. Bakıdakı matçda qol epizodları oldu. Hətta hesab 0:0 olarkən üstünlük onların tərəfində idi. Rəqibin heyətində bacarıqlı futbolçular var. Sadəcə, hər komandanın uğursuz seriyası olur. Son vaxtlar "Nant"ın oyununda irəliləyiş var".

Rəqibin heyətində yaxşı futbolçular olduğunu bildirən Riçard Almeyda isə söyləyib: "Amma biz öz oyunumuza fokuslanmışıq. Dolu tribunalar qarşısında oynamaq xoşumuza gəlir. İnanıram ki, Bakıya ən yaxşı nəticə ilə dönəcəyik".

Xəbər 243 dəfə oxundu.