“Araz-Naxçıvan” klubu qitə miqyaslı turnirlərdə 75-ci oyununa çıxacaq
UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” sayca 75-ci oyununa çıxacaq.

2005/2006-cı il mövsümündə qitə miqyaslı oyunda debüt edən təmsilçimiz indiyədək 74 oyunda gücünü sınayıb. Bu matçlardan 37-də qələbə qazanan ölkə çempionu 13 görüşdə “sülh” bağlayıb, qalan 24 qarşılaşmada isə yenilib.

Rəqib qapılarından 293 qol keçirən “Araz-Naxçıvan” 124 dəfə topu torundan çıxardıb. Bosniya və Herseqovinada keçiriləcək qrup oyunları təmsilçimizin 75-ci matçına çıxması ilə yanaşı, həm də 300-cü qolunu vurması baxımından əlamətdar ola bilər. Bunun üçün Joze Alesio Da Silvanın komandasına 3 oyunda ümumilikdə 7 qol vurmaq kifayət edəcək.

Xəbər 194 dəfə oxundu.