Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarının başlayacağı vaxt müəyyənləşib | |
Noyabrın 12-də kişi həndbolçular arasında Azərbaycan çempionatının 2022-2023-cü il mövsümünə start veriləcək. Yarış dairəvi sistem üzrə dörd dövrədən ibarət olacaq. Aprelin 30-dək davam edəcək çempionatın oyunları “AHF Arena”da keçiriləcək. Hər komanda rəqibi ilə iki gün ərzində qonaq və ev oyunlarını keçirəcək. Təsdiqlənən reqlamentə əsasən, qələbəyə görə 3 xal veriləcək. Hesab bərabər olarsa, oyun penaltilər seriyası ilə davam etdiriləcək. Qalib komanda 2, məğlub isə 1 xal qazanacaq. Çempionatın ilk turunda “Təhsil” – U-16, “Məhsul” – “Bakı” və İdman Akademiyası – RİOEUGİM oyunları keçiriləcək. Qadınların ölkə çempionatı isə noyabrın 19-da start götürəcək. Birinci turda İdman Akademiyası – “Azəryol” və “Azərsu” – U-16 matçları oynanılacaq. |
|
Xəbər 245 dəfə oxundu. |
|
|