“Nant” klubu “Qarabağ” ilə oyuna ciddi itki ilə çıxacaq
“Nant” klubu Fransada “Qarabağ”a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci tur oyununa ciddi itki ilə çıxacaq.

Bunu Fransa klubunun baş məşqçisi Antuan Kombuare matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, malili müdafiəçi Şarl Traore zədə səbəbindən görüşü buraxacaq.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək “Nant” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 202 dəfə oxundu.