Zəfər Gününə həsr olunan stolüstü tennis yarışı keçiriləcək
Oktyabrın 28-dən 29-dək stolüstü tennis üzrə “Biz bir ölüb, min dirilərik” devizi ilə respublika turniri keçiriləcək.

Zəfər Gününə həsr olunan yarışda Azərbaycanın müxtəlif bölgələrindən idmançılar güclərini sınayacaqlar. Sumqayıt şəhərində yerləşən “Qarabağ NN” stolüstü tennis idman klubunda təşkil olunacaq yarış 2012-ci il təvəllüdlü və daha az yaşlı idmançılar arasında keçiriləcək.

Qeyd edək ki, turnirin qalibləri Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

Xəbər 240 dəfə oxundu.