Azərbaycanın U-17 komandası Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub
On yeddi yaşadək qız futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu oyununu keçirib.

Latviyada keçirilmiş oyunda millimiz Slovakiya yığması ilə qarşılaşıb. Oyun rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmamız bununla da seçmə mərhələdə çıxışını başa vurub.

Daha əvvəl seçməmiz Latviya millisinə 0:4 hesabı ilə uduzub.

Xəbər 217 dəfə oxundu.