“Araz-Naxçıvan” klubu UEFA Çempionlar Liqasında ilk matçına çıxır
UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Araz-Naxçıvan” futzal klubu mübarizəyə başlayır.

Təmsilçimiz oktyabrın 26-da İsveçin “Orebro” klubu ilə qarşılaşacaq. Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Zədəli futzalçılardan Ramiz Çovdarov, Katatau və Sinesenin meydana çıxacağı gözlənilir.

Oyunun hakimləri ispaniyalı David Abtequya Urdanoz, slovakiyalı Lukas Peska və çexiyalı Jan Kresta olacaqlar.

Xəbər 195 dəfə oxundu.