“Paris-2024” Olimpiya Oyunlarının açılış mərasimində təhlükəsizliyi 35 min polis təmin edəcək
“Paris-2024” Olimpiya Oyunlarının Sena çayında keçiriləcək açılış mərasimində 600 min tamaşaçının olacağı gözlənilir. Axşam saaatlaırnda keçiriləcək açılış mərasiminin təhlükəsizliyi 35 min polis əməkdaşı tərəfindən təmin ediləcək.

“Paris-2024” Olimpiya Oyunlarının açılış mərasimi tədbiri Sena sahilinin aşağı hissəsindən izləyəcək 100 min tamaşaçı üçün ödənişli olacaq. Çay sahilinin yuxarı hissəsində isə 500 min tamaşaçı mərasimi ödənişsiz izləyə biləcək. Sena çayı üzərindəki körpülərdə tamaşaçı axınına nəzarətin təmin edilməsi üçün ödənişsiz bilet kassaları olacaq.

Bildirilir ki, iyulun 26-dan avqustun 11-dək keçiriləcək Paris-2024 Olimpiya Oyunlarının təhlükəsizliyin təmin olunmasına gündəlik orta hesabla 30 minə qədər polis və jandarma qüvvələri səfərbər ediləcək.

Xəbər 211 dəfə oxundu.