Azərbaycan millisi Latviyada Slovakiya yığması ilə qarşılaşacaq
On yeddi yaşadək qız futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Millimiz Bakı vaxtı ilə saat 14:00-da Latviyada keçirəcək oyunda Slovakiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Oyunu ukraynalı baş hakim Anastasiya Romanyuk idarə edəcək. Ona ukraynalı Oleksandra Vdovina və Sofie Dennington (İngiltərə) kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lisa Benn yerinə yetirəcək.

Salaspils şəhərindəki “BSS stadium”da keçiriləcək oyun saat 14:00-da başlayacaq.

Xəbər 205 dəfə oxundu.