Çempionlar Liqası: "Çelsi" səkkizdəbir finala vəsiqə qazanıb | |
UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib. Bu günə nəzərdə tutulan 8 oyundan 2-si artıq yekunlaşıb. E qrupunda İngiltərənin "Çelsi" klubu Avstriyada "Zaltsburq"a 2:1 hesabı ilə qalib gəlib. Bununla da İngiltərə klubu səkkizdəbir finala vəsiqəni təmin edib. G qrupunda isə "Sevilya" İspaniyada Danimarkanın "Kopenhagen" klubunu məğlub edib - 3:0. Meydan sahibləri bu nəticə ilə pley-off şanslarını saxlayıb. Çempionlar Liqası Qrup mərhələsi, V tur 25 oktyabr E qrupu "Zaltsburq" (Avstriya) - "Çelsi" (İngiltərə) - 1:2 Qollar: Çikvubuyke Adamu, 49 - Mateo Kovaçiç, 23. Kay Haverts, 64 G qrupu "Sevilya" (İspaniya) - "Kopenhagen" (Danimarka) - 3:0 Qollar: Yussef En-Neseri, 61. İsko, 88. Qonsalo Montiel, 90+2 |
|
Xəbər 225 dəfə oxundu. |
|
|