“Qarabağ” klubu Riçard Almeyda ilə yeni müqavilə imzalamaq istəyir
“Qarabağ” klubu Riçard Almeyda ilə yeni müqavilə imzalamaq istəyir.

Hazırda 33 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddətinin daha 1 il uzadılması gündəmdədir. Yarımmüdafiəçinin hazırkı müqaviləsinin müddəti gələn ilin yayında bitəcək.

Millimizin də üzvü olan orta sahə oyunçusunun Azərbaycanda qalmaqda istəkli olduğu qeyd edilib. Otuz üç yaşlı futbolçu 2011-2018-ci illərdə də “Qarabağ”da çıxış edib. O, 2021-ci ildə yenidən Ağdam klubuna qayıdıb.


Xəbər 218 dəfə oxundu.