“İstanbulspor” klubunun yeni baş məşqçisi müəyyənləşib
“İstanbulspor” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Super Liqa təmsilçisini Fatih Tekke çalışdıracaq. Qırx beş yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb. O, bu vəzifədə ötən gün istefaya göndərilən Osman Zeki Korkmazı əvəzləyib.

F.Tekke 2018-2019-cu və 2020-2021-ci illərdə də “İstanbulspor”u çalışdırıb.

İstanbul təmsilçisi hazırda turnir cədvəlində 8 xalla 19 komanda arasında 16-cıdır.

Xəbər 224 dəfə oxundu.