“Neftçi”nin aparıcı futbolçusu Yusuf Laval karyerasını Türkiyədə davam etdirə bilər
Bakının “Neftçi” klubunun aparıcı futbolçusu Yusuf Laval karyerasını Türkiyədə davam etdirə bilər.

Nigeriyalı futbolçu birinci liqa təmsilçisi “Rizəspor”un maraq dairəsindədir.

Qara dəniz təmsilçisi “Neftçi”nin futbolçusunu qışda heyətinə qatmağa çalışacaq. İyirmi dörd yaşlı futbolçu 2020-ci ildə “Lokeren”dən “Neftçi”yə keçib.

Xəbər 257 dəfə oxundu.