Azərbaycan növbəti dəfə cüdo üzrə “Böyük dəbilqə” turnirinə ev sahibliyi edəcək
Beynəlxalq Cüdo Federasiyasının rəsmi təqviminə əsasən Azərbaycan növbəti dəfə cüdo üzrə “Böyük dəbilqə” turnirinə ev sahibliyi edəcək.

Yarış noyabrın 4-6-da Bakıda Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.

İlkin görüşlər hər gün yerli vaxtla saat 10:00-da, final görüşləri isə saat 17:00-da baş tutacaq.

Qeyd edək ki, arenaya giriş sərbəstdir və yarış keçirilən zaman metronun “Nizami” stansiyasından azarkeşlər üçün ödənişsiz avtobuslar fəaliyyət göstərəcək.

Xəbər 468 dəfə oxundu.