AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri RFS - “Fiorentina” oyununa təyinat alıb
AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva beynəlxalq oyuna təyinat alıb.

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində keçiriləcək RFS (Latviya) - “Fiorentina” (İtaliya) qarşılaşmasının UEFA nümayəndəsi K.Mehdiyeva olacaq.

Matç noyabrın 3-də Latviyada oynanılacaq.

Xəbər 217 dəfə oxundu.