Qızlarımız bu dəfə biabırçı hesabla uduzdu | |
Bu gün 17 yaşadək qızlar arasında dünya çempionatında II tura start verilib. İdman.com.az saytının məlumatına görə, qarşılaşmalardan ikisi "A", ikisi "B" qrupunda keçirilb. 1-ci turun ilk günündə olduğu kimi bu dəfə də matçların biri Lənkəranda, digərləri Bakıda oynanılıb. Əyalətdə meydana çıxmaq növbəsi bu dəfə Azərbaycan milli komandasına çatıb. İlk matçda Kolumbiyaya 0:4 uduzan Sissi Raytın komandası bu dəfə daha böyük və biabırçı hesabla uduzub. Nigeriya yığması nə az, nə çox, qapımıza 11 cavabsız top vurub. Dünya Kuboku. U-17. Qızlar Qrup mərhələsi. II tur "A" qrupu Kolumbiya – Kanada - 0:1 Qol: Klark, 51 Baş hakim: Karina Vitulano (İtaliya) Bakı. “Şəfa” stadionu AZƏRBAYCAN – NİGERİYA - 0:11 Qol: İhezuo, 5, 32, 37, 56, 70, Ayinde, 8, 24, Biahvo, 20, 74, Yakubu, 22, Bokiri, 68 Baş hakim: Alondra Arellano (Meksika) Lənkəran. Şəhər stadionu "B" qrupu Fransa – KXDR - 1:1 Qol: Diani, 60 - Ri Un Sim, 59 Baş hakim: Jillian Martindal (Barbados) Bakı. “Dalğa Arena” stadionu ABŞ – Qambiya - 6:0 Qol: Qrin, 25-p., 61, 71, Munerlin, 46, Stenton, 83, Peyn, 86 Baş hakim: Etsuko Fukano (Yaponiya) Bakı. “Dalğa Arena” stadionu |
|
Xəbər 1121 dəfə oxundu. |
|
|