“Boka Xuniors” klubu 29-cu dəfə Argentina çempionu olub
Futbol üzrə Argentina çempionatında cari mövsümün qalibi müəyyənləşib.

Sonuncu - 27-ci turda “Boka Xuniors” klubu “İndependyente” ilə 2:2 hesablı heç-heçə edib. “River Pleyt” isə səfərdə “Rasinq”ə 2:1 hesabı ilə qalib gəlib. Nəticədə “Boka Xuniors” xallarının sayını 52-yə çatdırıb. “Rasinq” isə 50 xala sahib olub.

Beləliklə, “Boka Xuniors” növbəti dəfə Argentina çempionu adını qazanıb. “River Pleyt” isə 47 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, bu, “Boka Xuniors”un tarixində 29-cu çempionluqdur.

Xəbər 201 dəfə oxundu.