Millimiz Macarıstan və İsveç yığmaları ilə yoldaşlıq oyunlarında gücünü sınayacaq
Noyabrın 15-dən 21-dək Antalyada 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

Millimiz hazırlıq çərçivəsində noyabrın 17-də Macarıstan, 20-də isə İsveçin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər 196 dəfə oxundu.