Stolüstü tennis üzrə paytaxt kuboku yarışına yekun vurulub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Şüa İdman Sağlamlıq Mərkəzinin idman zalında 2004-cü il və ondan kiçik təvəllüdlü oğlanlar və qızlar arasında stolüstü tennis üzrə paytaxt kuboku yarışına yekun vurulub.

Turnirdə 40 idmançı iştirak edib.

Oğlanlar arasında keçirilən fərdi yarışlarda Adil Əhmədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Amin Oruczadə ikinci, Toğrul Məhəmməd isə üçüncü yeri tutublar.

Qızların fərdi yarışında isə Ləman Abdulhəmidova və Xədicə Əsilzadə müvafiq olaraq, birinci-ikinci olublar. Zemfira Mikayılova isə üçüncü yerlə kifayətlənib.

Oğlanların qoşa yarışlarında Adil Əhmədzadə və Amin Oruczadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Rüstəm Hacılı, Nihad Səmədzadə dueti yarışı ikinci, Ziya Mürşüdlü və Səid Süleymanzadə cütlüyü isə üçüncü pillədə başa vurublar.

Qızların qoşa yarışlarında Zemfira Mikayılova və Ləman Abdulhəmidova bütün rəqiblərindən üstün olublar. Səbinə Məmmədova, Jalə Quliyeva ikinci, Şəbnəm Mansurova və Aynur Ağayevadan ibarət cütlük isə üçüncü pillədə qərarlaşıblar.

Qoşa qarışıq yarışlarda Seymur Bağıyev - Ülkər Quliyeva cütlüyü qızıl medal qazanıb.

Qaliblərə Baş İdarə tərəfindən medal və müvafiq dərəcəli diplomlar təqdim olunub.

Xəbər 254 dəfə oxundu.