Kişi boksçular arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub.

38 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 5-ci günündə 21 döyüş baş tutub.

Yeddi çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib. Mərhələ adlayan boksçular bununla da özləri üçün ən azı bürünc medalı təmin ediblər.

Yığmamızın aparıcı boksçularından Ruslan Qədirov, Tayfur Əliyev, Malik Həsənov və Məhəmməd Abdullayev yarımfinalda döyüşmək hüququ qazanıblar.

Qeyd edək ki, çempionatda sabah yarımfinal döyüşləri keçiriləcək.

Xəbər 236 dəfə oxundu.